Oğrular vətəndaşın pulunu və süni saçını soyğunçuluq yolu ilə alıblar
Kriminal Bakıda qəribə oğurluq hadisəsi baş verib.
Hacıqabul rayon sakinləri Cavid Qasımov və Ceyhun Məlikov soyğunçuluq ediblər.
Onlar oktyabrın 21-də Əhəd Nuriyevdən 100 dollar, 75 manat və süni saçını (parik) soyğunçuluq yolu ilə alıblar.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hacıqabul rayon sakinləri Cavid Qasımov və Ceyhun Məlikov tutulub.