Ana 12 yaşlı qızının ölüm qərarını verdi (FOTO)

27-10-2014, 15:12   
Qadın uşağının ağrı-acısına son qoymaq üçün bu addımı atıb


Ana 12 yaşlı qızının ölüm qərarını verdi (FOTO)



Adam Içində İngiltərədə bir ana həyatının ən çətin qərarını verib. ANS PRESS-in məlumatına görə, Şarlotta Fitzmaurisin qızı 12 il öncə dünyaya gəlib. Lakin Nensi adlı körpədə problemlər olub. Belə ki, o doğulan kimi meningit xəstəliyinə yoluxub.

Xəstəlikdən sonra uşaq görmə qabiliyyətini itirib. O, nə gəzə, nə danışa, nə də yemək yeyə bilməyib. Uşaq günün böyük hissəsini ağrılardan qıvrılaraq keçirib.

Ana qızının bu ağrı acısına çox dözə bilməyib. O, məhkəməyə müraciət edərək Nensinin eftanaziya olunmasını xahiş edib.

Onun sözlərinə görə, həkimlər uşağın 4 il yaşaya biləcəyini deyiblər. lakin bütün günü xəstəxanalarda qalmaqla onlar körpəni 12 il yaşamasına kömək edə biliblər. "Morfi və başqa ağrıkəsicilərə qarşı immuniteti yaranmışdı. Artıq onlar təsir etmirdi. Beyninə daima su yığılırdı. Məhkəmənin eftanaziya qərarından 14 gün sonra bu hökm icra edildi. Artıq o rahatdır. Amma mən heç vaxt özümü bağışlamayacam".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.