Bu gün Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirəcəyi görüş dünya mediasında geniş şəkildə işıqlandırılıb.
Türkiyə mətbuatı bu görüşün Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə baş tutduğunu deyib:
“Olland bu görüşün baş tutması üçün uzun müddət təşəbbüs göstərdi. Fransanın ev sahibliyi ilə keçiriləcək görüşdə ATƏT-in Minsk Qrupunun nümayəndələri də iştirak edəcək”.
Türkiyə mətbuatında yer alan digər xəbərlərə görə, bu görüşdə əsas məqsəd dialoqun yenidən başlanmasıdır:
“Fransanın rəsmi mənbələri zirvənin hər iki tərəf arasında problemin həlli istiqamətində dialoqun yenidən başlanması üçün təşkil olunduğunu bildirib”.