Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD Türkiyəni vurdu - VİDEO

27-10-2014, 15:59   
İŞİD Türkiyəni vurdu - VİDEO

İŞİD silahlılarının Kobani şəhər mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılıb.

tərəflər arasında baş verən qarşıdurmalar zamanı İŞİD-çilər kürd partiyası PYD-nin baş qərargahını top və digər ağır artilleriyadan atəşə tutublar.

Peşmərgə silahlıları isə, şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar. Gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların İŞİD-çilərə müdaxiləsi müşahidə olunmayıb.

Kürd döyüşçülər Amerika Birləşmiş Ştatlarına İŞİD mövqelərinin bombalanması üçün çağırış edib. Kürd komandanlığı İŞİD silahlılarının onların nəzarəti altında olan Raqqa şəhərindən tank, ağır artilleriya və silah ehtiyatı əldə etdiyini məruzə edib.

Döyüşlər zamanı İŞİD silahlıları tərəfindən atılan raket mərmilərindən biri Türkiyənin Şanlıurfa vilayətinə düşüb. Məlumata görə, mərmi bir qədər əvvəl təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunan mühacir düşərgəsinə tuş gəlib. Hadisə zamanı ölən olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar