Qadın qatillər daha qəddar olurmuş...

27-10-2014, 16:04   
Qadın qatillər daha qəddar olurmuş...

Qadın qatillər daha qəddar olurmuş...
Dünyanın haqqında danışdığı ən amansız qadınların hekayətii bu yazıda; bacısını öldürən azərbaycanlı qız tək deyilmiş...
Ötən həftə ölkə bacısını qətlə yetirən qızın hekayəsi ilə sarsıldı. Başda Azərbaycan mətbuatı olmaqla Türkiyə gündəmi də bu hadisəni gen-bol işıqlandırdı. Öncə hadisəyə seksual azlıq donu geyindirildi, ardınca isə məlum oldu ki, bu, mənasız şayiədir. Söhbət bir bacının ifrat qəddarlığından gedirdi. Doğma bacısını soyuqqanlılıqla öldürə bilən gənc qız çoxunun qanını dondurdu.

Biz də bu mövzudan çıxış edib, dünya tarixindəki qadın qatillərlə bağlı axtarış apardıq. Ən qəddar qadın qatillər... kimlərdir? Nə zaman, kimi, necə öldürüblər?

Xatırladaq ki, bununla bağlı xeyli siyahılar var. Necə deyərlər, hər araşdırmaçının öz siyahısı. Biz bu siyahıların bir neçəsini sizə təqdim edəcəyik.

İnsanlıq tarixinin 11 ən qəddar qadını...

Öncə insanlıq tarixindəki ən qəddar və təhlükəli 11 qadını nəzərinizə çatdıraq:
1. Darya Nikolayevna Saltikova (1730-1801)

Bu dünyanın ən qəddar qadını kimi tarixə düşən rus mülkədar qadınıdır. Sadist və qatil qadın 139 kəndlisini öldürtdürüb. Öldürülənlərin çoxu qadınlar və qızlar olub. Darya Nikolayevna Saltikova ölüm hökmü verilib, lakin edam monastr həbsxanası ilə dəyişdirilib.

2. Kraliça I Mariya (1516-1558)
İnglis kralı VIII Henri və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxaraq özünü kraliça və Anqlikan kilsəsinin (İngiltərədə protestant dininin bir qolu) başçısı elan edir. Ölkədə restavrasiya dövrü protestantların qəddar edamı fonunda aparılır. Günahsız insan öldürülür, asılır və yandırılır. Xalq onu Qanlı Mariya adlandırırdı.

3. Mayra Hindli (1942-2002).
Silsilə qətllər törədən qadın killer xanım dostu İen Brayenlə “İngiltərəli Bonni və Klayd” adı almış Marya Hindli. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb, ölənə qədər işgəncə verərək öldürüblər. Polis qurbanların cəsədlərini Mançestrin yaxınlığındakı bataqlıqda aşkar edirdi. Bonni və Klaydın öz cinayətlərini tarixə salmaq üçün yazdıqları audioyazılar bütün ölkəni dəhşətə gətirmişdi.

Ömürlük həbsə məhkum olan bu qatil qadınlar öz əməllərindən peşman olmadılar. Hökm elan olunan vaxt sakitcə oturub dondurma yeyərək məhkəmə iclasının sonunu gözləyirdilər. Marya Hindli həbsxana xəstəxanasında ürək tutmasından ölüb.

4. İzabella Kastilskaya (1451-1504)
İzabella Kastilskaya və əri Ferdinand Araqonski İspaniyanın birləşməsində və güclü dövlət qurulmasında başlanğıc idilər. Kraliça həmçinin məşhur səyyah Kristofer Kolumbun himayədarı kimi tarixə düşür. O, qeyri-katoliklərə qarşı münasibətində qəddarlığı ilə şöhrət qazanmışdı. Çılğın və əsl katolik qadın dini təmizləmələr epoxasını başlayır. İzabel Kastilskayanın dövründə İspaniyanı yəhudi və ərəblərdən ibarət 200 minə yaxın insan tərk etmişdi. Qalanları xaçpərəstliyi qəbul etməyə məcbur edirdilər. İzabellanın əmri ilə qeyri-xaçpərəstlərin tonqalda yandırılırdılar.

5. Beverli Eplit (1968)
İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürüb, daha beşini isə ciddi zədələyib. O uşaqların qanına çoxlu insulin vuraraq onlarda ürəkağrısı yaradırdı.

6. Bell Qannes (1859-1931).
Bu xanım Amerikanın tarixində ən məşhur qatil qadın olub. O, iki ərini, qızlarını, bir-neçə sevgilisini öldürmüşdü. Onun əsas hədəfi - sığorta şirkətləri ilə ölmüş insanların yerinə pul almaq idi. Onun hesabında 30-a yaxın qətl var.

7. Meri Enn Kotton (1832-1873)
Arsenat turşusu ilə 20-ə yaxın insanı zəhərləyərək öldürüb. Həyatı boyunca bir neçə ərini, uşaqlarını və hətta öz anasını öldürmüşdü. O, öldürdüyü insanlara əzab verməyi sevirdi. Merinin qohumlarının, ətrafındakı insanların eyni dərddən ölməsi polisi şübhələndirir və qatil qadın həbs edilir. Onun asılmasını yerinə yetirən cəllad, bilərəkdən kətili ayağının altından çəkməyi “unudur” və onun əzablarını uzadır.

8. Elza Kox (1906-1967)
“Buxenvald qarı”sı kimi məşhur olan bu xanım konslagerin komendatının arvadı idi. O həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox 1967-ci ildə türmədə özünə qəsd eləmişdi.

9. İrma Qriz (1923-1945)
Hitler Almaniyasının ən dəhşətli əsir düşərgələrindən birində nəzarətçi işləyirdi. Bu qadın həbs olunmuşlara həm fiziki, həm də psixoloji təsir göstərirdi. Qriz həbs olunmuşlara atəş açaraq əylənirdi. O itlərini soyuqda saxlayıb, sonra əsirlərin üstünə buraxırdı.

10. Ketrin Nayt (1956)
Avstraliyanın tarixində ömürlük həbsxana həyatına məhkum olunmuş ilk qadını. 2001-ci ilin oktyabrında ailə münaqişəsındə ərini öldürüb, bədənini hissələrə ayırıb, sonra isə ölmüş cəsədi təhqir etmişdi.

11. Erjebet Batoriy (1560-1614).
Qana boyanmış dama kimi tanınmış Macarıstan qrafinyası. O, öz qulluqçularını və kəndlilərini əziyyətlər verərək öldürürdü. Onları döyüb, əllərini, üzlərini və bədənlərinin digər hissələrini də yandırdı, diri-diri dərilərini soyurdu və zorlayıb öldürürdü. Erjebeti 1610-cu ildə öz evində gözaltına almışdılar. Məhkəmə prosesində onun öldürdüyü qurbanlarının sayının 40 və ya 50 nəfər olduğu bildirilir. Lakin qadının qulluqçularından biri buna etiraz edərək deyir ki, evdən yüzlərlə cəsəd çıxarılıb. O, 1614-cü ildə öz əcəli ilə ölüb.

12. Yekaterina Mediçi
Fransa tarixində ən qanlı bazar günlərindən birinin təşkilatçısı Yekaterina Mediçi. Fransa tarixinin ən qəddar qadın hakimlərindən olan Yekaterina Mediçi katoliklərlə protestantlar arasında qanlı “Valfolamey gecəsi”nin əsas təşəbbüskarıdır (anspress.com).
Kasıb qadınlara kömək adı ilə onların uşaqlarını öldürüb

Amma tarixdə onlardan daha qəddarlar da var. Bunlardan birincisi Villiamina “Minnie” Deandır. Bu qadın Yeni Zelandiyada bu günə qədər edam cəzasına məhkum olunmuş ilk və tək qadındır. Dean asılaraq edam edilib. Kasıb qadınlara “kömək etmə” məqsədi altında onların uşaqlarını öldürüb və onların sahib olduğu nə qədər pul varsa mənimsəyərək yaxşı yaşamaq üçün istifadə edib. 1800-cü illərdə evlilikdən kənar hamilə qalan gənc qadınlar, xalq tərəfindən qəbul edilmir və pis rəftar görürdülər. Və beləliklə “körpə əkinçiliyi” adında bir fenomen meydana gəlib. Bu quruluş sayəsində insanlar pul qarşılığında evlilikdən kənar doğan körpələri sahiblənərək böyüdürdülər. Minnie Dean də bu pullu dayələrdən biri idi. Lakin uşaqları böyütmək yerinə əlinə keçən ilk fürsətdə öldürər və bununla belə yetişdirmə pulunu da alarmış.

Dorothea Puente - yaşlı kirayənişin Dorothea Puente, pansionu işlətdiyi illər ərzində pansionda qalan qurbanlarını səssiz bir şəkildə öldürüb daha sonra imzalarını təqlid edərək öz həyat şəraitini yaxşılaşdırmaq üçün bu kəslərin pullarından istifadə edirmiş. Kirayəçilərinin zəng etməsinə ya da maillərinə baxmasına qəti şəkildə icazə verməzdi. Puente kirayəçilərə verilmək üzrə pansiona gələn pulları alar və böyük bir hissəsini özü sahiblənərdi. Kirayəçiləri adətən sərxoşlar və şizofreniyalı xəstələr idi. Bu cani qadının evinin arxa bağçasında edilən qazıntılar nəticəsində başı, qolları və qıçları kəsilmiş bir cəsəd tapılıb. Öldürdüyü kəslərdən oğurladığı pullar ilə bahalı geyimlər və ətirlər alan hətta həbs olunmamışdan qısa bir müddət əvvəl üz estetik əməliyyatı belə etdirən Puente mühakimə olunarkən işlədiyi cinayətlər üçün heç bir peşmanlıq duymadığını bildirib və ömürlük həbs cəzasına məhkum edilib.
Adamları sobaya bağlayıb, bacısını vəhşicəsinə öldürüb və...

Karla Homolka - cənc qızlara təcavüz etdikdən sonra onları öldürən əri Paul Bernardoya kömək etdiyi üçün günahlandırılan kanadalı qatil Karla Homolka dünya mətbuatının marağını çəkmişdi. Qurbanlarının arasında bacısı Tammy Homolkanın da olması Karlanın necə bir qatil olduğunun dəlili ola bilər. Karla ərinin gənc qızlara etdiyi işgəncələri qeydə alırmış, daha sonra bu qeydlər məhkəmədə əleyhinə dəlil olaraq istifadə edilib. Təəccüblü də olsa Homolka 12 il həbsxanada qaldıqdan sonra 2005-ci ildə azadlığa buraxılıb və hal-hazırda qərbi hind adalarında yaşayır....

Marybeth Tinning - 1972-1985-ci illərdə Tinning səkkiz öz və bir ögey uşağını mərhəmətsizcə öldürüb. Uşaqları öldürdüyü dövr boyunca, heç kim uşaqların ölümündən ananı məsul tutmamış əksinə bilinməyən bir genetik problemdən ölümlərin yaşandığını düşünüblər. Tinning, bütün uşaqlarını boğaraq öldürdüyünü əvvəlcə qəbul etsə də daha sonra bu etirafını yalanlamağı seçmişdi. Məhkəmədə günahkar olan cani ana 20 il həbs cəzasına məhkum olunmuş və müraciət etdiyi şərti azad etmə tələbləri hər dəfə rədd edilib.
Rosemary West - Rosemary West əri Fred ilə birlikdə 12-dən çox gənc qadına işgəncə etmək və öldürməkdə günahlandırılıb. 1992-ci ilinin avqustunda Fred West 13 yaşındakı qızına 3 dəfə təcavüz etmək günahından həbs olunduqdan sonra Rosemary Westdə uşaq zülmünden nəzarətə alınıb. Westlərin, Gloucester bölgəsindəki avtobus dayanacaqlarından gənc qızları qaçırmaq və öldürmədən əvvəlki bir neçə gün evlərində məhkum edərək işgəncə etmək kimi “vərdişi” varmış. Westin xəstəlik dərəcəsində cinsi arzuları vardı. Rosemary West bu günə qədər İngiltərədə həbsxanada ölümə məhkum edilən iki qadından biridir (digəri isə Myra Hindleydir.)

Delphine LaLaurie - bu qadın New Orleanda yaşayan sadist bir sosialist idi. Yaşadığı ev, illərcə dəhşət otağı olaraq xatırlanıb. 10 aprel 1834-cü ildə, evinin mətbəxində çıxan yanğın nəticəsində evə gələn yanğınsöndürənlər tərəfindən sobaya bağlanmış 2 adam tapılıb. Cani qadının tətbiq etdiyi işgəncədən xilas olmaq üçün yanğını başlatdıqları düşünülən bu iki gəncin sayəsində əsl hadisənin üstü işıqlanıb.

Yaralılar tərəfindən tavan arasına istiqamətləndirilən yanğınsöndürənlər burada divarlara və zəminə qandallanmış halda olan şikəst və yaralı gənc ilə qarşılaşıblar. LaLaurie tərəfindən qorxunc tibbi təcrübələrə məruz qalan insanlardan nümunə vermək lazım olsa bir adamı bəzi qəribə cinsiyyət dəyişmə təcrübələrində istifadə edib. Bir qadının qıçlarını qıraraq xərçəngə bənzətməyə çalışılmış halda kiçik bir qəfəs içində sıxışmış olaraq tapıblar. Daha betəri - qıçları və qolları kəsilən bir qadının bədənində bəzi nöqtələrini dairəvi şəkillərdə kəsərək bir tırtıla bənzətməyə çalışıb. Bu qədər vəhşiliklə kifayətlənməyən LaLaurie, qaçırdığı insanların çoxunun ağızlarını tikib və aclıqdan ölmələrinə səbəb olub. İşgəncəyə məruz qalan kəslərdən çoxu ölü tapılıb, hələ həyatda olanlar isə həkimlərinə özlərini öldürmələri üçün yalvarırmışlar, çünki mərhəmətsiz qadının üzərilərində buraxdığı yaralar dözüləcək dərəcədə deyilmiş...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.