Gülər Əhmədova: "Mənə vaxt verin"

29-04-2014, 18:40   
Gülər Əhmədova: "Mənə vaxt verin"
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub.ANS PRESS-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib.

"Mənə vaxt verin, vəkillərimlə danışmaq istəyirəm. Özümə gəlməliyəm".

Məhkəmədə şahidlər ifadə veriblər. Şahid Tavat Şirinova 2012-ci ilin yayında istintaqa ilk ifadə verdiyini deyib: “O zaman Sevinc Babayeva sağ idi. Onunla tanışlığım ABU-da yaranıb. Bir gün Sevinc mənə zəng vurdu ki, Elşad ona xeyli dərəcədə ziyan vurub. Sonra Elşad Abdullayevin başına gətirdiyi oyunlardan danışdı. Onunla birlikdə hüquqşünasın yanına getdik. Maşında mən, Sevinc və videonu çəkən operator var idi. Operatoru Sevinc gətirmişdi. Sevincin mənə göndərdiyi mesajlarda ürəyinin ağrımasından və Elşad Abdullayevdən şikayətlənirdi. Sevinc mesajlarda Gülərin yaxşı adam olduğunu yazmışdı”.

Dövlət itttihamçısının sualını cavablandıran Tavat Şirinova Sevinc Babayevanın ona tez-tez SMS göndərdiyini deyib. Hakim T.Şirinovanın istintaqa verdiyi ifadə ilə bu günkü ifadəsi arasında ziddiyyətlər olduğunu deyib. Şahid ibtidai istintaqdakı ifadəsi zamanı dediyi sözləri özünün yazmadığını söyləyib.

Daha sonra digər şahid Zülfiyyə Bayramova dindirilib. O, Sevinc Babayeva ilə Əvəz Zeynallının məhkəməsi zamanı tanış olduğunu deyib: “Sevinc Babayeva mənə yaxınlaşdı və telefon nömrəsini verdi. Daha sonra Elşad Abdullayevdən olan şikayətlərini mənə dedi. Tavat, Sevinc, Lyüdmila və mən Novella xanımının evinə getdik , orada “Sevinc danışır” videosunun çəkilişi aparıldı. Videoda Elşadın xəstə olduğundan və ona etdiklərindən danışdı. “Sevinc danışır” video çəkilişində Gülər Əhmədovanın heç bir müdaxiləsi olmayıb və orada onun adı belə çəkilməyib”.

Şahid qismində ifadə verən Lyüdmila Məmmədova ona hər tərəfdən hücumlar edildiyini bildirdi: “Mənə hücumlar edirlər. Deyirlər ki, danışma! Fransadan mənə təzyiqlər edilir. 1998-ci ildən Sevinc Babayeva ilə tanışam. Mənim evlərimi əlimdlən alıblar. Sevinc isə dedi ki, evləri qaytaracaqlar. Nəvəm Sevincin ölümünə görə havalanıb. 1994-cü ildə mənə dedilər ki, Elşad Azərbaycanı yıxacaq. “Seva danışır” videosunda biz öz dərdlərimizdən danışımışıq. Gülər Əhmədovanın Elşad Abduullayevdən pul almasına inanmıram. Operatoru Sevinc Babayeva gətirmişdi. Çəkiliş zamanı Sevinc Babayevaya heç bir təsir olmayıb”.

Şahidlərin çıxışından sonra Gülər Əhmədova özünü yaxşı hiss etmədiyini dedi və hakimdən vaxt istədi: “Sizdən xahişim var. Mənə vaxt verin ki, özümə gəlim. Həkimlərimlə görüşmək istəyirəm".

Hakim isə sabiq deputatın məhkəmə prosesinin sabah saat 15:00-a kimi təxirə salındığını bildirdi.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.