[media=http://www.youtube.com/watch?v=oHv2xm7ILoM]
Suriyanın Kobani bölgəsində davam edən qarşıdurmalarda İŞİD terrorçuları bir qrup kürd silahlısını əsir götürüb.
Axar.az xəbər verir ki, terrorçuların sosial şəbəkələr vasitəsi ilə yaydıqları görüntülərdə kürdlərin təslim edildiyi və bölgədən uzaqlaşdıqları əks olunur.
Xatırladaq ki, bu gün İŞİD-in Kobani qəsəbəsindən geri çəkildiyi, ancaq bölgəni əldə saxlamağa çalışdığı barədə xəbər yayılıb.