“Biz vəziyyəti diqqətlə izləyirik. Leyla Yunus və həyat yoldaşı Arif Yunus ilə birbaşa ünsiyyətdə olmuşuq”.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Leyla və Arif Yunusların xahişi ilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan aprelin 28-də hava limanında onlarla görüşüb: “Biz həmçinin bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamışıq. Rauf Mirqədirovla bağlı məsələdə olduğu kimi, biz narahatıq ki, Azərbaycan hökumətinin gördüyü tədbirlər Leyla və Arif Yunusların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və etimadın möhkəmləndirilməsinə yönəlmiş layihələrdə iştirakı ilə bağlı ola bilər”.