əqqasə Oksana səhvlərini etiraf etdi - MÜSAHİBƏ

28-10-2014, 12:06   


“Bu dövrdə Məcnun yoxdur”

Rəqqasə Oksana Rəsulova “Ailəm.az” saytının “O...” layihəsində...

- Ailə, yoxsa karyera?
- Ailə.

- Evlilik, yoxsa subaylıq?
- Evlilik yaxşıdır.

- Kimə və ya nəyə görə rəqsi atmağa razı olarsınız?
- Özümə görə.

- Qadın üçün ideal evlilik yaşı, sizcə, neçədir?
- Yanında həyat yoldaşı olsun, çox sevilsin yetər.

- Makiyaj, yoxsa təbii görünüş?
- Təbii görünüş.

- Məşhur olmaq, yoxsa olmamaq?
- Olmamaq.

- İnsanları sağaltmaq, yoxsa əyləndirmək?
- Sağaltmaq.

- Hansı daha doğmadır: Azərbaycan, Rusiya, yoxsa Hindistan?
- Təbii ki, Azərbaycan.

- “Maşın şou”, ya “CineStar Ki Khoj”?
- “CineStar Ki Khoj”.

- Öyrənmək, yoxsa öyrətmək?
- Öyrənmək.

- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
- Qadının ən yaxşı dostu anasıdır.

- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
- İntellekt.

- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?
- Özündən razılıq, yalan və xəyanət.

- İndiki dövrdə Məcnun tapmaq olar?
- Bu dövrdə Məcnun yoxdur.

- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?
- Sevgilim yoxdur, amma belə bir şey olsa, heç nə etmərəm, “sağ ol” deyib gedərəm.

- Xoşbəxt olmaq üçün nə lazımdır?
- Bəxt.

- Sizi ən çox hansı sual bezdirir?
- Ən çox evliliyimlə bağlı suallar məni bezdirir.

- Qəhrəmanınız kimdir?
- Yoxdur.

- Dönüb geriyə baxanda nəyi etdiyinizə görə peşmanlıq çəkirsiniz?
- Çox səhvlər etmişəm, bax onların peşmanlığın çəkirəm.

- “İndiki ağlım olsaydı...” – cümlənin davamını necə bitirərdiniz?
- İndiki ağlım olsaydı, anamın dediyi hər şeyi elə o vaxt yerinə yetirərdim!

- Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq istərdiniz?
- Heyif ki, reinkarnasiyaya inanmıram.

- Dünyada nəyi dəyişmək istərdiniz?
- O qədər şeyi dəyişərdim ki...

- Həyat prinsipiniz nədir?
- Məqsədin varsa, arxasınca get!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.