İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar

28-10-2014, 18:20   


Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbənd rayonuna səfər edib.
İH başçısının həyətinə ordu yeridildi – Yeniləndi/Fotolar

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.

Məlumatda Ramazan Əliyevin hazırda Dərbənd Rayon Administrasiyasının binasında olduğu və Rayon İH başçısı vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovdan istefa verməsi haqqında ərizə yazmağı tələb etdiyi bildirilir. Mənbənin verdiyi məlumata görə, bu dəqiqələrdə Qurban Qurbanovun tərəfdarlarının Əli Xazbulatova dəstək olmaq üçün Dərbənddə Rayon Administrasiyasının qarşısına toplaşıb. Hazırkı sədrin vəzifəsini tərk edəcəyi təqdirdə bütün səlahiyyətlərin Qurban Qurbanovun digər köməkçisi Sultan Sultanova veriləcəyi söylənilir.

Mənbə həmçinin hazırda Qurban Qurbanovun evinin qarşısında maskalı şəxslərin əyləşdiyi "Niva” markalı avtomobilin dayandığını bildirib. Onların Qurban Qurbanovu daimi nəzarətdə saxladığı qeyd edilir. Bəzi şəxslər müşahidə aparanların Prezident Ramazan Abdullatipovun şəxsi mühafizəçiləri olduğunu söyləyiblər.

***

Bu dəqiqələrdə aldığımız məlumata görə, Dərbənd rayonunun Bələdiyyə Şurasının (İcra hakimiyyəti) rəhbəri Qurban Qurbanovun yaşadığı evin qarşısına ordu qüvvələri cəlb olunub.

Yerli mənbənin Axar.az-a verdiyi məlumata görə, evə heç kim buraxılmır. Dərbənddə yaşayan azərbaycanlılar isə Q.Qurbanovun evinin ətrafına toplaşaraq qüvvələrin ərazini tərk etməsini tələb edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.