Bakıda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin ailəsinə kompensasiya verilib.
İcbari Sığorta Bürosundan Axar.az-a verilən məlumata görə, 28 yanvar 2014-cü il tarixində Bakı şəhəri, Səbail rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş şəxsin ailə üzvlərinə 5 min manat ödənilib.
Xatırladaq ki, yanvarın 28-də Səbail rayonu “20-ci sahə” adlanan ərazidə Süleymanov Ramil Bağır oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub. Sonuncu aldığı xəsarətlərdən vəfat edib.