Məşhur qadın alverçisi Dubaydan Azərbaycana gətirildi

28-10-2014, 19:29   


Almaz Həsənova fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.

İnsan alveri ilə məşğul olmaqda ittihan edilən və son 7 il İnterpolun qırmızı xətti üzrə axtarışında olan Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Həsənova Almaz Sarı qızı Birləşmiş Ərəb Əmirlilərinin Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bu barədə Vesti.Az-a Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsində bildiriblər.

İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, A. Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmə fəaliyyəti ilə məşğul olmayıb. A.Həsənova tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.

A.Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-ə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib. Hazırda yaxalanmış qadına açılmış cinayət işində 3 qurbanın adı hallanır. Həmçinin mütəşəkkil cinayətkar qrupun daha 2 üzvü A.Həsənova ilə əlbir olduğuna görə saxlanılaraq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin məhkəməsi yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, qrupun digər üzvləri BƏƏ-nin hüquq mühafizə orqanları tərəfindən axtarılır və yaxın zamanlarda onlar da cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.