Məşhur müxalifətçi vətəndaşa yumruq atmaqda ittiham olunur
Dünya Türkiyədə keçirilən son bələdiyyə seçkilərində İstanbul bələdiyyəsinin başqanlığına namizəd olmuş Mustafa Sarıgül 1 ilə qədər həbs oluna bilər.
ana müxalifət partiyası CHP-dən bələdiyyə seçkilərinə qatılan və hakim partiyaya əməlli başlı problem yaradan Sarıgül vətəndaşa yumruq atmaqda ittiham olunur.
Belə ki, seçki zamanı qatıldığı tədbirlərin birində Mustafa Suver adlı vətəndaşın təhqirinə cavab olaraq Mustafa Sarığül ona yumruq atıb.
Yüngül xəsarət yetirmək maddəsi ilə başlanan cinayət işində müxalifət nümayəndəsinə 4 aydan 1 ilə qədər həbs cəzası verilə bilər. Onu təhqir edən Mustafa Suverə isə isə prokuror 2 il 4 aya qədər həbs cəzası istəyib.
İttihamnamə təsdiqlənməsi üçün baş prokurorluğa göndərilib. Baş prokurorluq ittihamnaməni təqdislədiyi halda iddianamə İstanbul Ədliyyə Cəza Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, Mustafa Sarıgül Şişli bələdiyyəsinin başqanı olub.