ABŞ-ın SSRİ-yə qarşı nasist agentləri məlum oldu

28-10-2014, 19:59   

Yeni ortaya çıxan məlumatlara görə, ABŞ “Soyuq müharibə” dövründə nasistlərdən SSRİ-yə qarşı agent olaraq istifadə edib.

Axar.az xəbər verir ki, minə yaxın nasist zabit 1990-cı illərin sonuna qədər ABŞ-a xidmət edib.

Məlumata görə, köhnə nasistlər Edqar Hover və Alen Dules 1950-ci illərdən başlayaraq, ABŞ xüsusi xidmət orqanlarının təsir dairəsinə düşüblər. ABŞ onlardan anti-sovet məqsədləri üçün istifadə edib.

ABŞ kəşfiyyatına xidmət edən nasistlərin bir çoxu Hitler dövründə yüksək vəzifələrdə çalışıblar. Nasist agentlərdən olan Otto Bolşvinq yəhudiləri məhv etmək üçün hazırlanan “Son həll” planının memarı Adolf Eyxmanın köməkçisi olub.

Nəticə olaraq ABŞ kəşfiyyatı birbaşa və ya dolayı yolla çox sayda nasisti öz təsir dairəsinə salıb.

Qeyd edək ki, agentlərdən hər hansı birinin yaşayıb-yaşamadığı bilinmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.