Aborigenlər haqda inanılmaz fikir və müəmmalar - Fotolar

29-10-2014, 04:29   






Avstraliyanın yerli tayfaları insanlığın dünyaya yayılması prosesi ilə bağlı elmin qarşısında duran ən böyük suallardan biri, bəlkə də birincisidir. Qərb mədəniyyətinin ancaq 18-ci əsrdə kəşf edə bildiyi bu müəmma hələ də tam öyrənilməyib.

Əfsanəvi kapitan Ceyms Kuk asiyanın cənub-qərbinə yelkən açanda yeni torpaqlar, yeni heyvanlar və yeni bitkilər tapmağı ümid edirdi. Ancaq hesablamadığı yeni bir kəşf onu gözləyirdi. İnsanlığın itkin uşaqlığı olan aborigenlər onun bütün həyat fəlsəfəsini dəyişəcəkdi…

Aborigenlər kimdir?

Aborigenlər Avstraliya, Tasmaniya və bölgədəki digər adalarda yaşayan yerli əhalidir. Avstraliya və ətraf adalarda yaşayan qara bədənli bu insanlar fərziyələrə görə, Cənubi Asiyadan köç edərək dəniz yolu ilə bu torpaqlara gəlib. Lakin bu, yalnız bir versiyadır. Çünki aborigenlərin hər hansı bir Asiya xalqı ilə qohumluğu yoxdur. Hər hansı bir elmi dəlil də aborigenlərin mənşəyinin Asiya xalqlarına söykəndiyini ortaya qoya bilmir. Elmi olaraq yalnız sübut edilib ki, aborigenlər "Okeaniya" adlandırılan bölgədə təxminən 40-80.000 il əvvəl yaşayıb.

Bu gün "Aborigenlər kimdir?" sualının hələ də qəti bir cavabı yoxdur.

Aborigen nə deməkdir?

"Aborigen” bu xalqın varlığına dair məlumatı əks etdirən bir sözdür. "Ab" ingilis dilində "dan, dən" əlavəsi olaraq istifadə edilir. “Origen” isə “Original” yəni “əsil” mənası kimi "mənşə" mənasında istifadə edilir.

Aborgenlərin cəmiyyət quruluşu

Aborigenlər qəbilə ictimai quruluşunda yaşayan bir xalqdır. “Koori”, “Murr”, “Anangu” və bu kimi günümüzə qədər varlığını qoruyub saxlayan aborigen tayfaları yaşamaqdadır. Məsələn, çöldə yaşadıqları üçün "Colden" mənasında “Anangu” adlandırılan aborigenlər öz aralarında “Luritja” və “Antikirinya” olaraq iki qrupa bölünüb. İngiltərə istilasından öncə Avstraliyada bir milyona yaxın aborigen yaşadığı bilinirdi. İşğalçılara qarşı müqavimət göstərən aborigenlər soyqırım və hüquqlarının tanınmaması səbəbindən əllərində olan torpaqların alınmasından sonra say etibarı ilə 45 minə enmişdi.

1960-cı ildən sonra Avstraliya hökumətinin aborigenlərin haqqlarını tanıması nəticəsində yerli əhalinin bugünki sayı təxminən 400 min nəfərdən artıqdır.

Aborigenlərin ictimai həyatı


Aborigenlər Avstraliya kimi böyük bir torpaq sahəsində azad yaşadıqları üçün ada daxilində bir-birindən ayrılan birliklər, fərqli dillərə və mədəniyyətlərə sahib olublar. Aborigenlər açıqda, ağaclardan hazırlanan sadə sığınacaqlarda yaşayan və təbiətlə əlaqələrini əsla kəsməyən bir birlikdir. Bədənlərinə çəkdikləri boyadan bir növ geyim kimi istifadə edən aborigenlər paltar üçün kenquru dərisindən istifadə edirlər.
Lakin müsair dünya ilə qarışmağa məcbur olan aborigenlərin əksəriyyəti bu gün şəhər və qəsəbə həyatına alışıb.

Aborigenlərdə sənət və din

Aborigenlərdə sənət və din bir-birinə bağlı şəkildə inkişaf edib. Mağara və ağacları rəngləyərək hazırladıqları əsərlər həm bəzəmə, həm də ibadət xüsusiyyəti daşıyır. “Didgerido” adı verilən və bir növ boru tipli qaval aborgenlərin musiqisində ən əhəmiyyətli ünsürdür. Aborigenlərdə mahnı söyləmək çox əhəmiyyətli bir ünsiyyət vasitəsidir. Özlərinə aid bir yazı dilləri yoxdur. Musiqilər bütün fikir, düşüncə və məlumatların ötürülməsi üçün yeganə ünsiyyət vasitəsidir. Bütün bu mahnılar və boyama fəaliyyətləri eyni zamanda mistik bir inanca dair ibadətlərin yerinə yetirilməsi üçün istifadə edilir. Aborigen musiqilərində gizlənmiş inanca görə, dünya yerin altından çıxan bir ilanın sürünməsi ilə meydana gəlib. Qurbağalar da ilanın süründüğü yerləri suyla və rənglərlə dolduraraq ağacları, dənizləri, çayları və bütün təbiəti yaradıb.
Bundan başqa aborigenlər ov, cənazə, mövsümlər, heyvanlar və torpaq üçün mahnılar söyləyir. Dünyaya necə baxdıqları, fikirləri və düşüncələri haqqında yalnız bu mahnılardan məlumat alına bilər.

Aborigenlər və silahları



Aborigenlərin ən məşhur silahları “bumeranq”lardır. Yastı, V şəkilli bir taxtadan hazırlanan bir çox məqsədlər üçün istifadə edilir. Ov silahı kimi istifadə olunan “Bumeranq” həm də yeməklərin hazırlanmasında istifadə olunur.

Aborigenlərlə ilk tanışlıq

İlk dəfə 1606-cı ildə hollandiyalı dənizçilərin gördüyü Avstraliya qitəsi təxminən yüz il ərzində "Yeni Hollandiya" adlandırılsa da, əhatəli şəkildə kəşf olunmadı. 1770-ci ildə Ceyms Kukun Avstraliyaya ayaq basması ilə aborigenlərlə Qərb dünyasının ilk tanışlığı yarandı.

Aborigenlərlə ilk tanışlıq Qərb dünyası üçün əyləncəli görünsə də, bu, aborigenlər üçün əsl faciə oldu.


Aborigenlərin soyqırımı

Aborigenlər torpaqlarında gördüyü yadellilərlə mübarizəyə başladılar. Onlar azadlıqları uğrunda döyüşürdü. Qitəyə ayaq basan ingilislər öncə burada koloniyalar yaratmaq istədi. Koloniyalara qarşı mübarizədə minlərlə aborigen məhv edildi.

Tarix boyu öz aralarında döyüşdükləri ilə bağlı bir fakt belə olmayan aborigenlər bir neçə il ərzində tabe edildi.

Qırğınlar nəticəsində Tasmaniya adasındakı bütün aborigenlər öldürüldü.

Soyqırım 1928-ci ildə qədər davam edib.


Aborigenlərin günümüzdəki halı

Son iyirmi ildə aborigenlərin hüquqlarını tanımağa başlayan Avstraliya müasir dövrdə bu xalqlara bir çox azadlıqlar verib.

Hazırda Avstraliyada yaşayan aborigenlər işsizlik və yoxsulluqla mübarizə aparsa da, bir çox dünya dövlətləri bu xalqın yox olması ilə mübarizə aparmaqdadır.

Bumeranq sirri

Bumeranq silahının aborigenlərə aid olduğu deyilsə də, bu silah haqqında bir çox suallar hələ də qalmaqdadır.

Karpat dağlarında mamont dişindən hazırlanmış 30 min illik bir bumeranq araşdırmalardan sonra mütəxəssisləri xeyli təəccübləndirmişdi. Bənzər sual bir daha, Misir fironu Tutanxamonun məzarında 3300 ilin bumeranqı tapılanda ortaya çıxmışdı. Arxeoloqlar daha sonra bu silahın oxşarını Amerika qitəsində aşkar edəndə aborigen tarixinin düşündüyümüzdən də qədim olması ilə bağlı versiyalar söylənməyə başladı. Ən maraqlısı isə bu ov silahını min illər boyunca deformasiyaya uğramamasıdır.

Bumeranq kimi silahın dünyanın fərqli bölgələrində çox qədim dövrlərdə istifadə olması aborigenlərin illər öncə dünyanı zəbt etmələri ilə bağlı suallar ortaya çıxarmaqdadır. Bir çox mütəxəssislərin fikrincə, aborigenlər antik dövrlərdə dünyanı gəzən dənizçilər olub.


Aborigenləri yuxu sirri

Aborigenlər üçün yuxu görmək son dərəcə əhəmiyyətlidir. “Didgerido” adlanan aborigen musiqilərinin yuxu seanslarında istifadə edilməsi, müasir dövrdə yuxu pozuntusundan əziyyət çəkənlər üçün bu musiqilərdən istifadə edilməsi bir çox sirrli məqamları üzə çıxarır. Aborigenlər üçün yuxu keçmiş və gələcəkdir. Bir çox mütəxəssislər aborigenlərin yuxu barədə dediklərini anlamaqda çətinlik çəkməklə bərabər, onların yuxu mifologiyasının həddindən artıq inkişaf etməsini və müasir dünyanın qavraya bilməyəcəyi bir tərzdə olmasını iddia etməkdədir.

Aborigenlərin fikrincə, yuxu, əlaqə vasitəsidir. Yuxu gerçək həyatın bir hissəsidir. Ölüm və doğuş yuxunun bir hissəsidir. Həyat yuxu ilə başlayır və davam edir. Aborigenlər bu fəlsəfə ilə dünyanı o qədər fani görüblər ki, bir mismarı belə yerə vurmadan yaşayıb ölüblər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.