Peşmərgə qüvvələri bu gecə Şanlıurfadakı hava limana enib
Region İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan bir qrup “Peşmərgə” (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçmək üçün Şanlıurfaya gediblər.
ANS PRESS-in məlumatına görə, Beynəlxalq Ərbil Hava limanından Türkiyəyə keçən peşmərgə qüvvələrini daşıyan təyyarə Bakı vaxtı ilə 03:15-də Şanlıurfanın GAP hava limanına enib.
Bir müddət hava limanında gözləyən peşmərgə qüvvələrinin avtobuslarla Suruça getməsi gözlənilir.
Polis hava limanı və yol kənarlarında ciddi təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Qeyd edək ki, Türkiyə Suriyanın Kobani şəhərinin İŞİD terror qruplaşmasının nəzarəti altına keçməsini istəmir.Hazırda orada İŞİD-ə qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup olduğu bildirilir.