[media=http://www.youtube.com/watch?v=C2n542IacUs#t=62]
elmiraMilli Məclisin payız sessiyasının bugünkü iclasında deputat Elmira Axundova son günlər aktual olan məsələyə toxunub. O, müxtəlif şirkətlər tərəfindən reklam xarakterli müxtəlif aksiya, endirimlər və bu tipli bezdirici mesajlardan gileylənib.
O, bu məlumatların insanları aldatmaq, mənasız oyunlara, yarışlara cəlb etmək məqsədi daşıdığını deyib. Hətta millət vəkili bu yaxınlarda onun telefonuna gələn “doğuş”la bağlı endirim təklifini də səsləndirib. Yenilik.az “Brifinq.com”a istinadən videonu təqdim edir: