Azərbaycanlı oğlan canavara hücum etdi - FOTO

29-10-2014, 05:59   

Ötən gün Cəlilabadda canavar evlərdən birinə soxulub. Hadisə Buravar kəndində baş verib.

Belə ki, dünən saat 19 radələrində Yusif Şahmarovun evinə soxulan canavar əvvəlcə evin ən kiçi üzvünə hücum edib. Ev sahibinin üçüncü sinifdə oxuyan qızı Aygün Şahmarova qapını açarkən həyətdə canavarla rastlaşıb. Aygün qaçaraq evə girmək istəsə də, canavar onu həyətdə yaxalayıb.

Vəhşi heyvan uşağı parçalamaq istəyəndə evdə olan qızın qardaş və bacıları həyətə çıxıblar. Onlar bacılarını yırtıcının əlindən xilas etmək üçün canavara hücum ediblər. Qızlar əllərində odun parçası ilə heyvana vurmağa başlayıblar. Evin 16 yaşlı oğlu Vüsal Şahmarov isə canavarı boğmağa başlayıb.

Nəhayət ki, uşaqlar heyvanı öldürüblər. Lakin vəhşi ilə mübarizədə uşaqlar da xəsarət alıblar.

Yaralı uşaqlar xəstəxanaya aparılıb. Onlara quduzluq əleyhinə iynə vurulub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.