Qaradağ rayon icra hakimiyyətinin 9 aylıq yekunları ilə bağlı məruzəsinin yalan və korrupsiya elementləri

29-10-2014, 06:32   
Qaradağ rayon icra hakimiyyətinin 9 aylıq yekunları ilə bağlı məruzəsinin yalan və korrupsiya elementləri


Bu günlər rayon icra hakimiyyətlərində 9 ayın yekunları ilə bağlı hesabat yığıncaqları keçirilib. Yüksək pafos və təmtəraqlı rəqəmlərlə zəngin hesabatlara nəzər saldıqda regionların sosializmə qovuşduğunu zənn etmək olar. Reallıqda isə mənzərənin tamamilə fərqli olduğu hər kəsə bəllidir.anaxeber.info keçirilmiş hesabat yığıncaqları ilə bağlı Qaradağ rayon icra hakimiyyətinin məruzəsi məruzəsi ilə bağlı araşdırma aparıb.
Məlumat üçün bildirək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağı 15 oktyabr tarixində keçirilib. Hesabatdan bir hissəyə diqqət edək: "Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olmuşdur”. İlk baxışda adi rəqəmlərdir. Amma bu rəqəmləri bu ilin aprel ayında birinci rübün yekunlarına dair hesabatdakı məlumatlarla müqayisə edək. 16 aprel tarixində ictimaiyyətə açıqlanan hesabatda deyilir: "Hesabat rübündə nəqliyyat sektorunda 4,5 milyon manatlıq xidmətlər göstərilmişdir. Rabitə xidmətlərinin həcmi 543 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 543,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 25,6 milyon manat olmuşdur”. Adi riyazi hesablama belə onu ortaya qoyur ki, zaman göstəricisi 3 dəfə artıdı halda əhaliyə göstərilən xidmətlər 2,2 dəfə armışdır.
Birinci rüblə 9 aylıq hesabatda daha bir müqayisə maraq doğurur. Oktyabr yığıncağındakı məruzədən: "Ötən dövr ərzində rayonumuzda orta aylıq əmək haqqı 765,0 manat olmuşdur”. İndi isə birinci rübün yekunlarına dair məlumatda bu rəqəmlərə diqqət edək: "Rayonumuzda orta aylıq əmək haqqı 784 manata, sənayedə çalışanların əmək haqqı isə 1160 manata çatmışdı”. Hakimiyyətin ən pafoslu iqtisadçı təbliğatçıları belə ölkə iqtisadiyyatında infilyasiyanı etiraf edirlər. İnfilyasiya qarşılığında əhalinin orta aylıq əməkhaqqında açıq aşkar azalma faktı qarşısında görəsən Qaradağ rayon icra başçısı Süleyman Mikayılov və onun icra aparatı hansı sosial-iqtisadi inkişafdan və əhalinin rifah halının yüksəlməsindən danışa bilərlər?
S.Mukayılovun fəaliyyətini əks etdirən hesabatlarda açıq aşkar korrupsiya ifşası istifadə olunan büdcə pulları ilə bağlıdır. Yuxarıda göstərilən faktlarda 3 və 9 ay arasındakı artım faizləri göz önündədir. Bəs sakinlərinin orta aylıq əməkhaqqısı azalan rayonda xərclənən büdcə pulları görəsən necə dəyişir. Birinci rübə aid hesabatda deyilir: " Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına təxminən 30 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 20,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur”. İndi isə 9 ayın yekunlarına dair məruzədə bu sahə üzrə məlumata diqqət edək: "Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur”. 3 dəfə artıq zaman kəsiyində artım 13 dəfədən çoxdur!!! Başqa sözlə Süleyman Mikayılovun xərcləmə tempi zamanı belə qabaqlayıb.
Əslində isə ortada olan artım sırf korrupsiya elementidir. Normalda ayrı-ayrı aylarda xərcləmələr proporsional olmaya bilər. Aylar arasında proporsionallığın pozulmasında subyektiv səbəblər daha çoxdur. Tarazlığı pozan əsasən investisiya xərcləridir. İl ərzində bu xərclər resurslara uyğun xərclənir və nəticədə ilin sonunda investisiya xərc maddələri üzrə böyük qalıq qalır. Bu qalığı gələn ilə keçirmək bir variantdır. Belə olarsa, həmin vəsait yenidən bölüşdürüləcək və icraçı təşkilatın həmin vəsaiti yenidən almaq şansı olmaya bilər. Ona görə də Qaradağ rayon icra hakimiyyəti çalışıb ki, ilin sonuna olan qalığı xərcləyib qurtarsınlar. Əlbəttə, cənab Mikayılovun iqtisadçıları hesabatdakı bu fərqi- ilin əvvəlində xərcləmələrin az olmasınə büdcəyə daxilolmaların az olması ilə bağlaya bilərlər, amma bu səbəb Azərbaycan büdcəsi üçün xarakterik deyil çünki büdcəni əsasən Neft Fondunun transfertləri təşkil edir.
Qaradağ rayon icra hakimiyyətinin 9 ayın yekunları ilə bağlı hesabatındakı pafoslu inkişafın real mənzərə ilə müqayisəsi ilə bağlı isə yaxın günlərdə reportajımızda tanış ola bilərsiz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.