Saxlanılan şəxslərdən narkotik vasitələr və silah-sursat aşkarlanıb
Kriminal Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Astara rayon polis şöbəsi əməkdaşlarının nazirliyin xüsusi təyinatlı polis qüvvəsinin birgə əməliyyat keçirib.
axtarış tədbirləri zamanı qanunsuz olaraq odlu silah saxlanılması və gəzdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan 6 nəfərlik dəstə ifşa olunub.
Astara rayon polis şöbəsi istintaq bölməsinin rəisi Hikmət Ağayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, saxlanılanlar Astara rayon sakinləridir.
“Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılan şəxslərdən 700 qram narkotik vasitə olan heroin, 100 qr narkotik vasitə anfetamin, 1kq 380 qram narkotik vasitə tiryək, 460 qram həşiş qətranı tapılıb. Eyni zamanda axtarış zamanı, 1 ədəd naqan tipli odlu, 1 ədəd pnevmatik tipli silah və 1 ədəd maska aşkar edilərək götürülüb. Əməliyyat Astara şəhər sakini, 44 yaşlı Gülxan Əliyevin evində keçirilib”, - deyə Hikmət Ağayev bildirib.
Eyni zamanda rayonun Ərçivan və Şahağacı sakinləri Ələddin Məmmədov, İqrar Mirzəyev, Akif Nuriyev, Rəvan Rüstəmov və Abuzər Əhədovdan müxtəlif növdə və çəkidə narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.