Noyabrın 12-də Hong-Konqda keçiriləcək “ Miss Model of the World-2014” beynəlxalq gözəllik müsabiqəsinin finalı keçiriləcək.
ölkəmizi müsabiqədə 20 yaşlı modelimiz Kamilla Ələkbərova təmsil edəcək. Bu haqda təşkilatçı Aqil Məmiyev məlumat verib:
“Kamilla Ələkbərova noyabrın 11-də ölkəmizi təmsil etmək üçün Hong-Konqa yola düşəcək. “Miss Model of the World-2014”-ə hazırlıq tam sürətlə davam edir . Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcək. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək”.
Qeyd edək ki, müsabiqə 1988-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir.