Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “ daxil olan məlumata görə, havanın temperaturunun gecə 9-11, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.