İŞİD-ə qoşulan bosniyalı qız danışdı
Avstriyada yaşayan Bosniya əsilli iki qızın İŞİD-ə qatılmaq üçün Suriyaya getməsi xəbəri bir müddət əvvəl dünyanı şoka salmışdı. 15 yaşlı Sabina Selimoviç haqda birinin hamilə qaldığı,17 yaşlı Semra Kesinoviçin öldüyü xəbərləri çıxmışdı.
Avropa.info Türkiyə mətbuatına istinadən bildirir ki, Fransanın “Paris Match” jurnalı İŞİD komandiri ilə evlənən Sabinadan reportaj alıb. Rəqqa şəhərində yaşayan qız hamilə olmadığını bildirib. O, Vyana şəhərində dinini azad şəkildə yaşaya bilmədiyi üçün Suriya gəldiyini deyir. Eynən Avropada olduğu kimi qidalanır: ketçap, popkorn və “Nutella” ilə.
Ərinin də yanında olduğunu deyən qız reportaj üçün ondan icazə aldığını bildirib.