Bakıda cinsi azlıqların qısqanclıq qətlləri – Şok statistikası

29-10-2014, 14:57   


Azərbaycanda cinsi azlıqların törətdiyi cinayətlər heç də normal oriyentasiyaya malik insanların qətllərindən az deyil. Adətən cinsi azlıqlar arasında münaqişələr qısqanclıq zəminində yaranır və ölümlə nəticələnir.

, bəzi hallarda onlar intihar yolunu seçirlər. Məsələn, LGBT üzvü İsa Şahmarlının intiharını qeyd etmək olar. Amma statistika onu deməyə əsas verir ki, mavilər və lezbiyanlar qətlə daha çox meyillidirlər, nəinki intihara.

Məsələn, ötən həftə 20 yaşlı Pərvanə Nuriyevanın bacısının başını kəsərək öldürməsinin ardınca ilkin ifadəsində buna səbəb kimi Günelin cinsi azlıqlarla münasibətinə son qoymadığını göstərməsi bir çox suallar ətrafında düşünməyə rəvac verir. Eyni zamanda, bu kateqoriyaya aid insanlarla bağlı cinayətləri yada salmağı zəruri edir.

Bu il oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Yasəmən Salıyeva adlı qadını öldürməkdə təqsirli bilinən 1966-cı təvəllüdlü Hüseynova Sevinc Məhərrəm qızının cinayət işi bağlı məhkəmə prosesi keçirilib. Ölən qadının qonşusu ifadəsində mərhumla 4 ildən çox müddətdə eyni binada yaşadığını deyib:

"Mən 1991-ci ildən o binada yaşayıram. Yasəmən isə 4 il olar bizim binaya köçüb. Çox sakit qadın idi. Ailəsi yox idi. Başını aşağı salıb sakit gedib-gələrdi. Evinə tez-tez qadınlar gəlirdi. Biz həmin qadınları qohumları bilirdik.
Öldürüldüyünü eşidəndə inana bilmədim. Nəyə görə öldürüldüyünü bilmirəm. Ancaq onu deyə bilərəm ki, onu öldürən qadın demək olar ki, hər gün Yasəmənin evində idi. Görünür, ciddi problemləri olub".

Hadisə bu ilin martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.

Vesti.az onların hər ikisinin cinsi azlıq nümayəndəsi olduqlarını yazıb. Elə hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

Belə dəhşətli qətlləri təkcə lesbiyanlar yox, mavilər də törədib. Misal üçün, ötən il öldürülən 53 yaşlı cinsi azlıq nümayəndəsi Mətləb Məmiyev. O, Biləcəridə döyülüb və bıçaqlanıb. Yasamalda isə 33 yaşlı İslam Abdullayev 16 yaşlı həmcinsi ilə intim münasibət zamanı mübahisə yaranıb və öldürülüb.

Başqa bir fakt - Zamiq Qasımov və Yadigar Kuzmin adlı şəxslər yaşadığı mənzildə qətlə yetiriliblər. Onların mavi olduğu bildirilir.

Bu ilin mayında isə Sabunçu rayonunda meyiti tapılan kişini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. 1964-cü il təvəllüdlü İltifat Mehrəliyevi qətlə yetirən şəxsin Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlov olduğu müəyyənləşib. Mayın 13-də metronun "Koroğlu" stansiyası yaxınlığındakı gecəqondu tipli evlərdən birində kişi meyiti tapılıb. Evdən kəskin qoxu hiss edən qonşular polisə xəbər veriblər. Lent.az-ın yaydığı məlumata görə isə mərhum və qətli törədən şəxs cinsi azlıqların nümayəndəsi olub. Sayt hadisənin qısqanclıq zəminində baş verdiyini yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.