Qubanın kəndində əxlaqsızlıq yuvası ifşa olunub
Növbətçi Azərbaycanda evdə əxlaqsızlıq yuvasının təşkil edilməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Quba rayon polis şöbəsi əməkdaşları həyata keçirilib.
Əməliyyat tədbirləri nəticəsində Amsar kənd sakini Tural Sultanovun gəlir əldə etmək məqsədi ilə evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Daha bir əməliyyat isə Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Çarxı kənd sakini Fikrət Hüseynovun gəlir əldə etmək məqsədi ilə Xaçmaz şəhərində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.