Sabah Bakının bəzi mərkəzi küçələrində içməli suyun verilişində fasilələr yaranacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar oktyabrın 30-da gün ərzində Bülbül prospekti, S. Vurğun, C. Məmmədquluzadə və R. Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.