O köhnə meyxanaçıların toylarda oxuduqları mahnıları yenidən oxumaq istəyir
Şou-biznes Meyxanaçı Namiq Qaraçuxurlu köhnə ampulasına geri qayıdır. Bu barədə Namiq Qaraçuxurlu açıqlamasında deyib.
“Efirde bir dəfə demişən indi də deyirəm ki, köhnə meyxanaçılarımızın uzun illərdir toylarda oxuduqları mahnıları indi mən oxumaq istəyirəm".
Meyxanaçı bu addımı ilə həm də meyxanaçının mahnı oxumaq yeniliyini özünün etdiyini sübut etmək niyyətindədir. "Əvvəldən də meyxanaçılar mahnı, muğamat oxuyub”.
Xatırladaq ki, meyxanaçı daha öncə Könül Kərimova və Aygün Kazımova kimi sənətçilərlə iş birliyi edib, duetlər oxuyub.