Körpənin atası 30 yaşlı biznesmendir
Şou-biznes Rusiya estradasının tanınmış müğənnisi Maksim (əsl adı Marina Maksimova) ailəsində xoş hadisə baş verib. 31 yaşlı müğənni ikinci dəfə ana olub. Onun növbəti dəfə qız övladı dünyaya gəlib.
Körpənin çəkisi 3 kq 860 qramdır. Körpə Moskvanın doğuş evlərindən birində dünyaya gəlib. Ana və körpə özlərini yaxşı hiss edirlər.
Maksimin 5 yaşlı Aleksandra adlı qızı var. Körpənin atası 30 yaşlı biznesmen Anton Petrovdur.
Müğənni noyabrın 19-da səhnəyə qayıtmaq fikrindədir. Amma bu qayıdış qısa müddətlik olacaq. Ayın ortasında “Musicbox”musiqi proqramının mükafat təqdimetmə mərasimi olacaq və Marina Maksimova “Ən yaxşı müğənni” nominasiyasında mükafatlandırılacaq.