Dilqəm Əhmədov “məhkəmədə”: “Erməni gənci mən öldürməmişəm...”
Bu gün Xankəndində azərbaycanlı mülki girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə prosesi davam edib.
, bugünkü “proses”də Dilqəm Əsgərov bildirib ki, “sərhədi qanunsuz keçdiyindən xəbəri olmayıb və yalnız indi öz səhvini başa düşür”: “Onun sözlərinə görə, əraziyə gələrkən pis niyyət güdməyib, yalnız öz anasının qəbrini ziyarət eləmək istəyib”.
“Hakim”in “Yeri yaxşı tanıdıqları halda niyə özləri ilə yeniyetmə Smbat Sakanyanı Kəlbəcərə aparan yola kimi götürüblər” sualına Əsgərov belə cavab verib: “Mən yalnız meşə və dağlardan keçməklə yolu tanıyıram”. Bu zaman o, Sakanyanın ölümündə iştirakını təkzib edib.
Erməni qaynağı iddia edir ki, D.Əsgərov günahı öldürülən Həsən Həsənovun üstünə atıb.
Erməni yeniyetmənin atası Mexak Sakanyan isə “məhkəmədən” müttəhimlərə layiqli cəza istədiyini söyləyib.