“Əsas odur ki, prezidentlər dialoq içindədir...” - alman səfir

29-10-2014, 19:19   
“Əsas odur ki, prezidentlər dialoq içindədir...” - alman səfir




“Əsas odur ki, prezidentlər dialoq içindədir...” - alman səfir
Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutan görüşünə Almaniya da böyük ümidlər bağlayırdı. erməni elektron portallarından biri Paris sammitinin yekunu ilə bağlı bu ölkənin Ermənistandakı səfiri Rayner Morrelin fikrini öyrənib.

Bəs Gözləntilər özünü doğruldubmu? Alman diplomat “dost olmayan tərəflərin” təzədən bir araya gəlməsini müsbət dəyərləndirərək deyib: “Ötən illərdə hər iki dövlətin liderləri uzun müddət görüşmürdülər. Bu, necə deyərlər, susqunluq dövrü idi. O üzdən çox sevinirik ki, Fransa prezidenti təşəbbüs göstərdi və onlar təzədən bir araya gəldilər”.

Səfirin sözlərinə görə, ifrat nikbin olmağa və Paris görüşündən böyük nəticə gözləməyə ehtiyac yoxdur: “Ən vacibi odur ki, dövlət başçıları bir-biri ilə dialoqdadırlar və bu, bir ildə onlar arasında üçüncü görüşdür. Əlbəttə ki, Azərbaycan və Ermənistan prezidentləri məzmunlu anlamda təmas nöqtələri tapmağa çalışmalıdırlar”.

Diplomat Minsk Qrupunun hazırkı formatını danışıqların davam etdirilməsi üçün uğurlu saydığını da qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.