Əlcəzair bütün Qərbi Afrika dövlətləri ilə iqtisadi əlaqələri dondurub.
RİA-Novostiyə istinadən xəbər verir ki, buna əsas səbəb kimi bu ölkələrdə Ebola virusunun yayılması göstərilib.
Həmçinin Əlcəzair hökuməti bütün sərhəd keçid məntəqələri, eləcə də aeroportlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində də qərar verib.