Amerika məktəblərində Ebola vahiməsi

29-10-2014, 20:01   





“The Independent” “nifrət zəminində baş vermiş cinayət”ətdən yazır
Nyu-Yorkun Bronksa rayonundakı məktəbdə insident baş verib. İki qaradərili uşağı məktəb yoldaşları əzişdirib. Onların döyülməsinin səbəbi isə bütövlükdə Amerikada yaşanan Ebola vahiməsindən xəbər verir.

Qəzet yazır ki, qaradərili qardaşlar öz valideyinləri ilə bir ay əvvəl Seneqalda olublar. Həmin ölkə isə Ebolanın tüğyan etdiyi coğrafi məkana daxildir.

Hadisə nahar fasiləsi zamanı baş verib. Məktəblilər öncə 11 yaşlı Amad Dramı ələ salıblar, bundan xəbər tutan 13 yaşlı qardaşı Pape işə müdaxilə edib. Bundan qəzəblənən məktəblilər qardaşları bərk əzişdiriblər.

Valideynlər uşaqları xəstəxanaya çatdırıblar. Onlara tibbi yardım göstərildikdən sonra, elə həmin gün evə getməyə icazə veriblər.

“Nə vaxt ki, bizim uşaqlar topla oynamaq üçün məktəbin idman zalına gedirlər, məktəblilər onların üstünə qışqırlar ki, siz buralarda heç bir şeyə toxunmamalısız. Çünki sizin toxunduğunuz şeylərin üzərinə Ebola virusu düşür. Digər uşaqlar üçün bu çox təhlükəlidir”, döyülən uşaqların atası Osman Dram deyir.

Nyu-Yorkdan senator seçilmiş Bill Perkins baş vermiş insidenti “nifrət zəminində baş vermiş cinayət” adlandırıb. Seneqaldan olan amerikalılarla görüş zamanı isə senator bildirib ki, Ebola virusu ilə bağlı şəhər məktəblərində həyəcanlı anlar yaşanır. Uşaqlar arasında bir-birini Ebola virusu daşımaqda ittiham edənlər var. Bu isə sonda dava-dalaşa gətirib çıxarır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.