Adı korrupsiyada və beynəlxalq qalmaqallarda hallanan şirkət Azərbaycana ayaq açır
Çinin məşhur şirkəti Cənubi Sudandan deportasiya edilir Son illərdə Çinin Huawei kompaniyası Azərbaycanın rabitə sektoruna nüfuz etməkdədir. Şirkət həm yeni texnologiyaların tətbiqi, həm də rabitə xidməti sahəsində bir sıra əhəmiyyətli müqavilələrə imza atmışdır. Ümumiyyətlə, xarici şirkət və kampaniyaların Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərmələri, ölkəmizə böyük həcmdə investisiya yatırmaları müsbət haldır. Bu hər şeydən öncə iqtisadiyyatımızın sabahına inam deməkdir. Amma bir məqamı da qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərmək istəyən xarici şirkət və kompaniyaların imici, nüfuzu əvvəlcədən öyrənilməlidir.
Adı korrupsiyada, müxtəlif mənfi əməllərdə hallanan şirkətlərin ölkəmizə buraxılması Azərbaycan Respublikasının üzərinə kölgə sala bilər. Yuxarıda adını çəkdiyimiz Huawei kampaniyası beynəlxalq aləmdə mənfi imicə malikdir. Şirkətin Azərbaycan iqtisadiyyatında xüsusi yer tutmağa çalışmasını nəzərə alaraq onun haqqında cumhuriyyet.az-ın elektron poçtina daxil olan yazını olduğu kimi təqdim edirik. 2005-ci ildən başlayaraq bir çox regional və beynəlxalq kampaniyalar Cənubi Sudanda dəyişməz əmlak, kənd təsərrüfatı, tikinti sektorunda istifadə etmək üçün biznes-imkanlar axtarırlar. Ölkənin cənub hissəsində telekomunnikasiya sahəsində xidmət göstərmək üçün 100-dən artıq Çin kompaniyası qeydiyyatdan keçib. Bu kampaniyalardan biri də Huaweidir. Bu yaxınlarda Cənubi Sudan hökuməti ilə Çin dövləti arasında bağlanmış müqavilələrə əsasən bir çox kampaniyalar Çinin Eksim bankının vəsaitləri hesabına maliyyəşəcəkdir. Belə kampaniyalardan biri böyük cinayətdə əli olan Huaweidir. Həmin kampaniyanın yüksək rütbəli əməkdaşlarından biri olan cənab Sallivan Çen (Nan Çen) Cənubi Sudanda axtarışda olduğunu bildikdən sonra Çinə qaçmışdır. Buna səbəb Cənubi Sudanın İnformasiya və Radoyayım Nazirliyinin Huawein qanunsuz bir əməlini – rəsmi sənədlərin saxtalaşdırması faktını aşkarlamasıdır. Huawei saxta sənədi Cənubi Sudanın İnformasiya və Radioyayım Nazirliyinin rəhbəri nazir C.Maykldan (Makuel Lyut) xəbərsiz Çinin Pekindəki Eksport-İmport Bankının prezidenti P.C.Li Ruoqunun adına göndərməyə cəhd etmişdir. Məktubu göndərməkdən məqsəd Çinin tanınmış ZTE şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək rəqəmsal TV layihəsinin maliyyələşdirilməsinin təxirə salınması olub. Proses belə cərəyan edib.
Oktyabrın 3-də Huawei kompaniyasının əməkdaşı Sallavan Çendən adıkeçən nazirliyin ofisinə bir məktub daxil olub. E-Mail informasiya üzrə baş direktorun vəzifəsini icra edən cənab Pol Yakob Kumbonun adına göndərilmişdi. Məqsəd həmin məktubu nazirin firma blankında çap etmək və onun Çinə göndərilməsinə nail olmaq idi. Xöşbəxtlikdən Huawein bu cinayətkar əməlinin üstü tez açılmış, informasiya və radioyayım naziri tərəfindən mexanizmin işə düşməsinin qarşısı alınmışdır. Huawei kompaniyasının bu hərəkəti nazir Maykl Makuel Lyutun qəzəbinə səbəb olmuşdur. Huawei kampaniyasının bu cinayətkar saxtakarlığı Cənubi Sudan hökumətini ciddi narahat etmişdir. Əslində, Huawein bu addımı iki ölkə - Cənubi Sudan və Çin arasında qarışılıq yaratmaq cəhdi kimi qiymətləndirilmişdir. Cənubi Sudanın İnformasiya və Radioyayım naziri saxtakarlıq olayı ilə əlaqədar 2014-cü il oktyabrın 9-da, cümə axşamı günü direktor və kampaniyada çalışan digər yüksək vəzifəli məmurları yanına çağırmış və onlardan izahat tələb etmişdir, lakin bu günədək Cənubi Sudanın rəsmi dövlət strukturuna heç bir izahat verilməmişdir.
Kampaniyanın rəhbərliyi yalnız Cənubi Sudanda dövlət hakimiyyətinə və rəhbərliyə qarşı təxribat törətmək niyyətində olmadıqlarını bildirmişlər. Kampaniyanın Cənubi Sudan hökumətinə və xalqına qarşı bu təxribatçı mövqeyi hökuməti aşağıdakı üç istiqamətdə fəaliyyət məcbur etmişdir: Birincisi, kompaniyanın bu çirkin və ziyanlı fəaliyyətinin səbəbini aydınlaşdırmaq üçün Huawei kampaniyasına qarşı ciddi istintaq işinin başlanılması. İkincisi, informasiya nazirinin E.Mailinə daxil olan cənab Sallivanın fəaliyyəti və saxta məktubunun araşdırılması və Sallivanın ölkədən deportasiya olunması. Üçüncüsü, Huawein Cənubi Sudan Hökuməti və onun xalqına qarşı yönəlmiş cinayətkar və ziyanlı fəaliyyəti barədə Çin səfirliyinin məlumatlandırılması. Hökumətin qeyd edilən məsələ ilə bağlı tövsiyyəsi aşağıdakı cümlələrlə bitir: Cənubi Sudan hökuməti və xalqı Huawein çiçəklənən ölkədə çinayətkar və ziyanlı hərəkətinə dözməməməlidir.