[media=http://www.youtube.com/watch?v=owDxSdMsypc]
"Bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb”
Azərbaycan Bu gün Zəngilanın işğalından 21-ci il ötür. Zəngilanı itirməklə Azərbaycan nəyi itirdi?
Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. Zəngilanı həm də bu rayonda erməniyə qarşı mübarizəni təşkil etmək baxımından Azərbaycanın sonuncu şansı kimi də qiymətləndirmək olardı. Təəssüf ki, Azərbaycan bu şansı da əldən verdi. Deməli, sayca səkkizinci rayonu da.
Keçmiş döyüşçü Habil Vəliyevin sözlərinə görə, Zəngilan reanimasiyada olan xəstə kimi idi: “Nə demək istəyirəm. Həkimlər də, hamı əlini üzüb. Çünki, bir tərəfi İrandır, bir tərəfi Qafandır, bir tərəfi Cəbrayıl, Qubadlı, Füzüldir ki, onlar da işğal olunub. Zəngilan tamamilə tək qalıb”.
Keçmiş hərbçi Zəngilanın döyüşmədən düşmənə təslim edilməsi ilə bağlı deyilənlərlə də razılaşmır. O, deyir ki, bu rayonda uşaqdan böyüyə hamı vuruşub. Özü də tək Zəngilan yox, həm də qonşu rayonlar uğrunda. Çünki, yerli əhali yaxşı bilirid ki, Zəngilanı xilas etmək üçün birinci növbədə Qubadlının, Cəbrayılın kəndlərini əldən verməmək lazımdır. Bunu o vaxtlar cəbhə bölgəsinə ezamyyətə gedən hərbi jurnalist Rəşid Faxralı da etiraf edir.
"Qüvvə çatmırdı. Mən icra hakimiyyətinin qabağında polkovnik Firudin Şabanovun yerli camaatdan bölük yaratdığının şahidi oldum. Onların arsında avtomat boyda uşaqlar da vardı".
Hər halda, bütün bunlar Zəngilanı əldə saxlamaq üçün yetərli olmadı. Avqustun 25-də genişmiqyaslı hərbi əməliyyatlar keçirən Ermənistan ordusu daha 5 km irəliləyəyə bilir. Oktyabrın sonlarında artıq Zəngilan tam mühasirədə idi. 34 min insan yalnız Araz çayını keçməklə xilas ola bilərdi. Amma gur sulu Arazı keçmək də daha bir ölüm-dirim məsələsi idi zəngilanlılar üçün. Nəhayət problem həllini tapır. Heydər Əliyevin İran höküməti ilə aparıdığı danışıqlardan sonra çayın üzərindəki bənddə suyu bağlayırlar. Çayda suyun səviyyəsi aşağı düşür və beləliklə, əhali İran tərəfə keçir. O vaxt cəmi 12 yaşı olan Təranə Şükürlü o günləri belə xatırlayır.
“Arazın qırağında insana və maşın tıxacı o qədər çox idi ki, hamı bir-birinin əlndən tutub Araza üz tutdu. O vaxtlar yaşımın az olmasına baxmayaraq bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb”.
Bəlkə də Təranə xanım haqlıdır. Tərbiyəmiz təkcə Zəngilanı yox, işğal olunmuş digər rayonlarımızı da unutmağa yol verməz. Amma daha neçə il?
Bu gün Azərbaycanda Zəngilansız zəngilanlılar nəsli yetişir. Təəssüf, indi Zəngilanın üzünü görməyən gəncin 21 yaşı var. Görəsən torpaqlarımıza qayıtmaq üçün daha neçə il böyüməliyik.
Sualımda ritorikadan çox, həqiqət var. Və mən o həqiqəti bu cavan oğlanın - 22 yaşlı Əlinin gözlərindən oxudum. Zəngilanı şəkillərdən tanıyan bu gənc özünü də Ə
li yox, Aleks kimi tanıtdı. Deməli, dəyişirik. Adımız da, özümüz də. Təki ünvanımız dəyişməsin. Adı Zəngilan olan ünvanımız.