Amerika şirkəti olan “Trion Superkars” “Buqatti Veyron” və “Koenigsegg One:1”-lə rəqabət aparacaq avtomobilin istehsal müddətini açıqlayıb.
Avtomobilin prototiplərinin fevralda, seriya istehsalının isə 2016-cı ildə başlayacağı bildirilib.
Sensasyon at gücünə malik olacaq kupenin təchizatında V8-tipli 9 litrlik mühərrikdən istifadə olunacağı açıqlanıb.
Modelin 2000 at gücünə yiyələnəcəyi və bu super gücə sahib olacaq avtomobilin 100 km/saat sürəti 2.8 saniyəyə yığacağı qeyd olunub.