Təriqət lideri 30 il həbs kəsildi
Dünya Həyat yoldaşı və qızlarını cinsi zorakılığa məruz qoyan İsrailli poliqamçı kult liderinin həbs cəzası müddəti müəyyənləşib.
İsrail məhkəməsi məsih olduğunu iddia edən Qoel Rasonu illərlə 21 həyat yoldaşına və onlardan olan 38 övladına ağıla gəlməz hərəkətlər etdiyi üçün ittiham edib.
64 yaşlı Rason ittihamları rədd edərək qadınların onunla könüllü yaşadıqlarını qeyd edib.
Bundan başqa, kult liderinin Təl-Əvivdə bir neçə evinin olduğu və həmin evlərdə arvad-uşağının "dəhşətli şəraitdə qaldığı" müəyyən edilib. Rason ailə üzvlərini ona tabe olmayacaqları halda cəzalandırmaqla hədələyirmiş.
Qeyd edək ki, zorlama faktı onun həyat yoldaşlarından birinin yaşadıqlarına dözə bilməməsi nəticəsində üzə çıxıb.