Fətullah Gülən nə qədər yaşayacaq?

30-10-2014, 07:00   
Fətullah Gülən nə qədər yaşayacaq?
Camaatı onun 120 il ömrü olduğuna inanır

Adam Içində “Paralel yapının liderləri Gülənin 2058-ci ilə qədər yaşayacağı xürafəsi ilə insanları aldadır”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin tanınmış jurnalist-yazarı Əbdürrəhman Dilipak öz köşəsində yazıb. Dilipak həmçinin camaatın, Ərdoğanın 2 ilə qədər ölməsi üçün dua etdiyini bildirib.

“Gülən 120 yaşına qədər yaşayacaqmış... Yəni camaat daxilində hazırda liderlik mübarizəsi yoxdur... Kimsə Lövhi Məhfuzun (Olmuş və olacaqların yazılı olduğu İlahi mühafizə lövhəsi, tale dəftəri, kainatın proqramı) parolunu sındırmış kimi danışır. Ərdoğan qaçmayacaq, həbs olunmayacaq, ağlını da itirməyəcək. İndi camaat onun iki ilə qədər ölməsi üçün dua edir. Bu dəfə daha uzun bir tarix verirlər. Bu kəramət deyil, kəhanət. Kahinlər də yalan deyər. Yenə də siz onlara inanmayın. Güləndən sonra üçün kulvarlar, lobbilər işləyir. Gülən 120 il yaşayacağına və 1938-ci ildə doğulduğuna görə, 2058-ci ilə qədər həyat qarantisi var. Gülənin özü barədə uydurulan hekayələrdən xəbəri varmı bilmirəm, amma kimsə camaatı bu hekayələrlə yuxladır...”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.