“Microsoft”un vitse-prezidenti Jo Belfior “Windows 10” əməliyyat sisteminin yeni imkanlarını nümayiş edib.
“Qafqazinfo” ictnews-a istinadən xəbər verir ki, o trekpadın istifadəçinin jestlərini effektiv tanımağa kömək edən genişlənmiş funksionalını göstərib. “Windows 10” taçpadda müxtəlif jestlərin dəstəklənməsini təkmilləşdirir.
Qeyd edək ki, oxşar funksiya OS X-də var, lakin “Microsoft” və “Apple” artıq ilk dəfə deyil ki, bir-birindən uğurlu ideyaları mənimsəyirlər.
Jestlərlə idarəetmədən başqa “Windows 10”-da multi-monitor konfiqurasiyalar üçün aktiv pəncərələrin idarə edilməsi optimallaşdırılıb, o cümlədən daha effektiv bir neçə monitorda pəncərələrin yan-yana yerləşdirilməsi sistemi bu yaxınlarda Belfiorda keçirilən sərgidə nümayiş etdirilib.