Rusiyada zəlzələ oldu
Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 3,9 bal gücündə zəlzələ baş verib.
yeraltı təkanlar İturup adasından 221 km şimalda, 340 km dərinlikdə qeydə alınıb.
Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.