Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukrayna ordusu separatçıları məhv etdi

30-10-2014, 16:13   


Donetsk vilayətinin Petrovski kəndi yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko jurnalistlərə açıqlamasında deyib.

“Donetsk vilayətinin Petrovski kəndi yaxınlığında Ukrayna anti-terror birləşmələri diversiya qrupunu aşkar ediblər. Baş verən döyüşdə diversantların əksəriyyəti məhv edilib. Qalanları isə geri çəkiliblər. Döyüş zamanı 3 ukraynalı əsgər həlak olub, bir nəfər isə yaralanıb”, - Lısenko deyib.

Onun sözlərinə görə, ukraynalı kəşfiyyatların şücaəti nəticəsində hərbçilər böyük itki verməkdən xilas ola biliblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar