Pərdə sezonu gəldi- Maşınlarda

30-04-2014, 10:16   

Pərdə həvəskarı olan sürücülər üçün yay sezonu başlayır. Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağanın müddəti sabah bitir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarı qüvvəyə minir.


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirib ki, mayın 1-dən noyabrın 15-dək avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə icazə veriləcək. Artıq maşınlarda arxa qapıdakı pərdə və jalüzlərdən istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, mayın 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib. Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsindən söhbət gedə bilməz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.