Ebola virusunun 2 yaşlı körpədən yayıldığı barədə iddialar yayılıb. Lent.az-ın məlumatına görə, dünya mediasında gündəmə çevrilən bu iddialarda təxminən 5 min nəfərin ölümü səbəb olan virusunun keçən il Qvineyeda ölən Emile Oumouno adlı oğlan uşağından yayıldığı bildirilib. Emilenin anası, bacısı və nənəsinin də aralarında olduğu 14 nəfər bu virusun təsirindən ölüb. Afrika öıkələrində Ebola virusundan ilk ölüm faktının məhz bu ailədə baş verməsi iddiaların əsasını daha da gücləndirib.
Dünya Səhiyyə Cəmiyyətinin məlumatına görə, Ebola virusunda həyatını itirənlərin sayı 5 mini keçib.
Qeyd edək ki, bu xəstəlikdən həyatını itirənlərin əksəriyyəti Liberiya, Sierra Lione və Qvineyadandır.