İŞİD-lə vuruşmaq üçün Kobaniyə göndərilən peşmergelərin ABŞ hərbi formasında olmasının səbəbi açıqlanıb.
Şimali İraq Kürd Muxtariyyətinin Peşmerge Nazirliyinin katibi Cabbar Yavər verdiyi açıqlamada bunun təsadüf olduğunu bildirib.
"Peşməergələrin hərbi geyimində başqa dövlətin emblemlərin yapışdırılmasına icazə vermirik. Bunu heç bir halda qəbul etmirik. Həmin hərbi formanı özləri üçün hazırlayıblar. Bizim bu məsələdə mövqeyimiz qətidir".
Qeyd edək ki, ötən gün İraqdan Kobaniyə göndərilən peşmərgələrdən bəzilərinin formalarında ABŞ bayrağı olub. Bu isə kütləvi informasiya vasitələrində geniş müzakirələrə səbəb olmuşdu.