Sadə qan analizi verməklə mədəaltı vəzi xərçəngini aşkar etmək olar.
İndiana Universitetinin alimləri 215 pasiyentdən əldə etdikləri bioloji materialın araşdırılması zamanı qərara gəliblər ki, mədəaltı vəzi xərçənginin markerləri qanda mikro-ribonuklein (miRNA) turşusunun, o cümlədən 10b, 155 və 106b-nin səviyyələri ola bilər.
Onlar hesab edirlər ki, səmərəli kliniki testin yaradılması üçün araşdırmaları davam etdirmək lazımdır.