Şəhid atasının telefonu qırıq unitaza görə girov qaldı

30-10-2014, 22:08   
Şəhid atasının telefonu qırıq unitaza görə girov qaldı
Şirvan şəhər xəstəxanasında şəhid atasının başına qəribə hadısə gəlib.

Ailənin yaxın qohumu bildirib ki, Hacıqabul rayonunun Atbulaq qəsəbə sakini, şəhid atası Hacağa Dəmirov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına aparılıb. Və yaşlı, xəstə kişi xəstəxanada ayaqyoluna getmək istəyib.

Yoldaşı kömək edərək kişini ayaqyoluna salanda unitazın qırıq olduğunu görüb. Elə bayıra çıxaraq işçilərdən düz-əməlli ayaqyolu göstərmələrini istəyib. İşçilər isə bir ağızdan unitazı kişinin sındırdığını deyiblər.

Yuxarıdan pilləkənləri düşərək gələn şöbə müdiri Akif həkim də unitazı kişinin sındırdığını və 40 manat ödəməli olduğunu deyib:

“Akif həkim yuxarı mərtəbədən düşüb gəldi və xəstə kişidən 40 manat unitaz pulu tələb etdi. Şəhid atasını şərləyib pul istədi. Pulu olmadığını gördükdə isə telefonunu girov götürdü.

Hacağa Dəmirovun oğlu Atbulağa qayıdıb 40 manat borc pul tapıb gətirdi. Akif həkimə verdi və telefonu geri aldı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.