Azərbaycanda baş həkim özbaşınalığı

30-10-2014, 22:19   
Azərbaycanda baş həkim özbaşınalığı
Ötən gün Goranboy rayonunda doğuş zamanı qadının vəziyyəti ağırlaşıb.

Qadın Goranboy rayon xəstəxanasına aparılıb. Hamiləliyin 8-ci ayında olan qadın əməliyyat olunub. Uşaq götürülsə də, ananın vəziyyəti ağırlaşıb.

Məsələni araşdırmaq üçün xəstəxananın baş həkimi Rüstəm Budaqov verdiyi məlumata görə, hamiləliyinin 36-cı həftəsində olan qadın daxil olarkən ağır vəziyyətdəymiş.

“Onu dərhal əməliyyata alıblar. Əməliyyat uğurlu olub. İndi vəziyyəti qənaətbəxşdir”, – deyə Rüstəm Budaqov bildirib.

Baş həkim eyni zamanda xəstə barədə ətraflı məlumat vermək müqabilində şərt qoyub. Həkim anspress-ə verəcəyi xəbər müqabilində, bu barədə məlumat verən şəxsin kimliyini və nömrəsini istədi. Təbii ki, həkimlə razılıq olmadığından kobudluq olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.