Alı Alıyevdən “yediklərinin” hesabı sorulur – TƏFTİŞ HƏYACANI

30-10-2014, 22:27   
Fizulu Rayonu İcra Hakimiyyətinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiiyini yoxlamaq üçün təftiş qrupu yaradılıb”.
Bu sözləri anaxeber.info-a rayondakı məlumatlı mənbə bildirib. Qaynağımızın sözlərinə görə, rayonda aparılan tikinti-abadlaşdırma işlərinə sərf olunmalı məbləğin təyinatından yayındırılması ilə bağlı “yuxarılara” ötürülmüş sənədlər Fizuli RİH başçısı Alı Alıyevi çıxılmaz duruma salıb. Belə ki, qeyri-rəsmi təftiş qrupunun hətta bir neçə il bundan öncəki sənədləri belə araşdırması ortaya ciddi korrupsiya və yeyinti faktları çıxarıb.
Bundan başqa rayondakı məmurlar da sorğu-suala tutulacaq. Onlardan icra başçısının tələbi ilə abadlaşdırma işlərinə konkret nə qədər alındığı öyrəniləcək.
ANAEBER.az-in araşdırmalarına görə isə bu korrupsiyanın konkret mənbələri də aşkarlanıb. Belə ki, Alı Alıyevin mənimsədiyi milyonların əsas hissəsi təmir-tikinti üçün ayrılmış pullardan ibarət olub. Araşdırmalara görə, rayonun Horadiz qəsəbəsində evlərin əsaslı təmiri üçün ötən il 6 milyon manat pul ayrılıb. Həmin pulun 2,1 milyon manatı şəhərdəki 88 yaşayış evinin bərpa edilməsinə sərf olunduğu sənədlərdə göstərilir. “Perlit” MMC tərəfindən həyata keçirilən bu işlərin hansı səviyyədə reallaşdığı isə başqa yazının mövzusu ola bilər.
Araşdırmalara görə, bu pulun heç 50 faizi təmir-tikinti işlərinə sərf olunmayıb. Həmin büdcə vəsaitlərinin böyük qisminin Alı Alıyev tərəfindən mənimsənildiyi vurğulanır. Görülən işlərin bir qismi isə yerli idarə və müəssisə rəhbərlərinin vəsaiti hesabına baş tutub.
Amma yeyinti halı təkcə bununla bitmir. Həmçinin Horadiz şəhərində daha 50 evin bərpa işləri adı altında ayrılmış və “Namiq” firması tərəfindən həyata keçirilən işlər üçün 1,25 milyon manatın da aqibəti məlum deyil. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, analoji hal yenəi Horadiz də baş verib və bu dəfə də daha 88 evin bərpa edilməsi üçün layihə-smeta hazırlanıb. Büdcədən həmin işlər üçün 2,65 milyon manat pul ayrılıb ki, onun da yenə Alı Alıyev tərəfindən mənimsənildiyi iddia edilir. Deyilir ki, “Kapital Tikinti” MMC tərəfindən həyata keçirildiyi sənədlərdə göstərilən bu işlər əslində, razılaşdırılmış şəkildə olub. Həmin şirkətə cəmi 1 milyon manat verildiyinə dair məlumatlar da var.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.