Türkiyə üçün savaş təhlükəsi

30-10-2014, 23:47   
Türkiyə üçün savaş təhlükəsi
Türkiyə üçün savaş təhlükəsi
Bəşər Əsədin generalı mətbuata şok açıqlamalar verib

Dünya ABŞ və Türkiyədə Kobani üzərində oyun oynayır.

belə bir iddia ilə Suriya generalı çıxış edib.

İngiltərənin "Independent" qəzetinin müxbiri Robert Fisklə Dəməşqdə görüşməyə razılıq verən Suriya ordusunun genaralı adını çəkilməsini istəməsə də Yaxın Şərqdə gedən proseslər barədə maraqlı açıqlamalar verib.

Genaralın sözlərində görə, ABŞ və Türkiyənin oynadığı oyundan Suriya və İraq xalqı əziyyət çəkir:

"40 gündür ki, Kobanidə döyüşlər gedir. ABŞ burada teatr qurub. Türklər bölgədə bir bufer zona yaratmaq istəyir və ABŞ-a bunun üçün təzyiq edir. Və amerikalılar da Türkiyəni bu müharibəyə girməyə təhrik edir. Beləliklə türklər və amerikalılar bir-birinindən istifadə edir".

Bəşər Əsədin generalı əlavə edib ki, İŞİD, Əl-Nusra və Azad Suriya Ordusu terrorçu qruplardır: "ABŞ və Türkiyə Azad Suriya Ordusu qruplaşmasına çox önəm verir. Ancaq onlar mahiyyətcə İŞİD-dən fərqlənmirlər. Düzdür Suriya ordusundan onlara qoşulanlar oldu. Sonradan bir çox hissəsi geri qayıdıb. Biz Suriyanı terrorçulara buraxmayacağıq. Sona qədər döyüşəcəyik. Ölkəmizi terrorçulara buraxmaq istəyən ölkələri istəklərinə nail ola bilməyəcəklər".

ABŞ-ın anti-İŞİD koalisiyası çərçivəsində İŞİD-in mövqelərinə endirdiyi zərbələri dəstəklədiklərini deyən general Suriyanın 4 ildir terrorçularla müharibə apardığını deyib: "Əslində biz bu məsələdə ABŞ-la müttəfiq kimi görünürük. Ancaq ABŞ bizlə heç bir məlumat mübadiləsi aparmır. Məlumat mübadiləsi aparılsa terorçular daha tez məhv etmək olardı. Ancaq ABŞ bölgədə oyun oynamaqdadır...".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.