Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Londondan qayıdıb. Merin sələfi olduğu iddia edilən övladı İsrafil Abutalıbov artıq Azərbaycandadır.
Axar.az-ın əldə etdiyi xəbərə görə, İ.Abutalıbov ailəsi ilə birlikdə İngiltərədə yaşayırdı. Ancaq bir müddət Londonda qaldıqdan sonra vətənə dönüb. Onun gedişinə səbəb kimi barəsində yayılan xəbərlər göstərilirdi.
Merin oğlunun adının vəhhabilərlə hallanması, onun bu təriqətin üzvü oldğu deyilməsi mətbuatda geniş əks-səda doğurmuşdu. Hətta MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ.Abutalıbovun da həbs edildiyi barədə məlumatlar yayılmışdı.
Bu söz-söhbətlərdən sonra BŞİH rəsmi açıqlama ilə çıxış edərək İ.Abutalıbovun Londonda ailəsi ilə birgə yaşadığını bəyan etdi. Axar.az-a gələn xəbərlərə görə, oğul Abutalıbov artıq geri qayıdıb. Onun Bakıdakı biznesinin başına keçdiyi və fəaliyyətini bərpa etdiyi bildirilir.