Bu ölkə od püskürdü: "Rusiya cəhənnəmə sürüklənir"

31-10-2014, 01:05   
Bu ölkə od püskürdü: "Rusiya cəhənnəmə sürüklənir"

Çexiyanın Xarici İşlər naziri Lyubomir Zaoralek Rusiyanın qaydaları pozduğunu bildirib.

Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, Zaoralek Ukraynada baş verən böhrana səbəbin Rusiya olduğunu, dünyanı hədələdiyini deyib.

Qərbin Rusiyaya qarşı koalisiya formalaşdırmalı olduğunu deyən Zaoralek tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatının inkişafını zəiflətdiyini, dünya bazarından uzaqlaşdığını qeyd edib.

Çinlə əməkdaşlığın Rusiya üçün o qədər də əlverişli olmadığını bildirən Xarici İşlər naziri bu yolun Rusiyanı cəhənnəmə sürüklədiyini vurğulayıb.

Çexiyanın təhlükəsizlik xidməti illik hesabatında ölkənin paytaxtında Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artdığını bəyan edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.